Vahid Əhmədov: "Hazırda xaricdəyəm"
Tarix: 14-01-2025 12:18 | Bölmə: Xəbərlər
Vahid Əhmədov: "Hazırda xaricdəyəm"

Milli Məclisin sabiq deputatı Vahid Əhmədov səhhətində yaranan hansısa problemlə bağlı əməliyyat olunmadığını bildirib.

Reyting.az-
ın məlumatına görə, bunu Teleqraf.com-a iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov deyib.

“Heç bir əməliyyat keçirməmişəm. Hazırda xaricdəyəm, səhhətim də normaldır”, - deyə əlavə edib.

Qeyd edək ki, 2 aprel 1947-ci ildə Qubada anadan olan Vahid Əhmədov 1992-1994-cü illərdə baş nazirin birinci müavini, Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub.




Bölməyə aid digər xəbərlər