Xaçmazın sabiq icra başçısı vəfat edib
Tarix: 13-01-2025 23:59 | Bölmə: Xəbərlər
Xaçmazın sabiq icra başçısı vəfat edib

Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.

Məlumata görə, o, bu gün 86 yaşında Xaçmaz şəhərində dünyasını dəyişib.

Mərhum Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu ildə Ordubad rayonu, Aşağı Əndəmic kəndində doğulub.

1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

2004-cü ildə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2019-cu ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər