Abşeronda hasar aşıb, hindistanlı ölüb - (Yenilənib)
Tarix: 13-01-2025 17:29 | Bölmə: Xəbərlər
Abşeronda hasar aşıb, hindistanlı ölüb - (Yenilənib)

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Reyting.az
verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb.

Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib(Report).

Faktla bağlı araşdırma aparılır.

***

Abşeronda zavodda ölən və xəsarət alan şəxslərin Hindistan vətəndaşları olduğu müəyyənləşib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırılması işləri zamanı 2003-cü il təvəllüdlü, Hindistan vətəndaşı Harı Prakashi aldığı xəsarətlərdən xəstəxanada ölüb, həmyerlisi, 1982-ci il təvəllüdlü Thattaru Padikkal isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər