Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Tarix: 10-01-2025 14:38 | Bölmə: Xəbərlər
Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək

Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bildirilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na əsasən, yanvarın 9-da başa çatıb: "Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb".

Xatırladaq ki, bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.




Bölməyə aid digər xəbərlər
17-01-2025, 11:27 Pezeşkian Moskvaya gedib
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib