20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
İlyas İsmayılov yenidən reanimasiyaya yerləşdirilib
Tarix: 13-01-2025 15:09 | Bölmə: Xəbərlər
İlyas İsmayılov yenidən reanimasiyaya yerləşdirilib

Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan bildirilib ki, İlyas İsmayılovun vəziyyəti ağır stabil olaraq qalır.

Klinikadan o da bildirilib ki, İlyas İsmayılovun reanimasiya şöbəsində müalicəsi davam edir.

Qeyd edək ki, insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə olunduqdan sonra stasionar şöbəyə köçürülmüşdü.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.




Bölməyə aid digər xəbərlər