Tramp: USAID-i bir dəstə dəli idarə edib
Tarix: 03-02-2025 15:06 | Bölmə: Xəbərlər
Tramp: USAID-i bir dəstə dəli idarə edib

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) “bir dəstə radikal dəli” tərəfindən idarə edilib. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Reyting.az
“The Hill” nəşrinə istinadla bildirir ki, D. Tramp USAID-in mümkün birləşməsinə dair xəbərlər fonunda agentliyin gələcəyi ilə bağlı qərarın tezliklə veriləcəyini bəyan edib.

Tramp, həmçinin USAID-in iki yüksək səviyyəli təhlükəsizlik məmurunun İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) onun sistemlərinə daxil olmasını əngəlləməyə cəhd etdikdən sonra işdən çıxarıldığını deyərək Maskı tərifləyib.

Eyni zamanda ABŞ Prezidenti “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısını “ağıllı” adlandırıb, lakin qeyd edib ki, federal hökumətdə xərclərin azaldılması ilə bağlı onun tövsiyələrinə həmişə əməl etməyəcək:

“Düşünürəm ki, İlon yaxşı iş görür. O, xərclərin azaldılmasının böyük tərəfdarıdır. Bəzən biz onunla razılaşmayacağıq və onun təklif etdiyi istiqamətdə getməyəcəyik. Amma düşünürəm ki, o, əla iş görür”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər