Sırski: Səfərbərlik olmadan Ukraynanı qorumaq mümkün deyil
Tarix: 03-02-2025 17:38 | Bölmə: Dünya
Sırski: Səfərbərlik olmadan Ukraynanı qorumaq mümkün deyil

“Ukrayna Silahlı Qüvvələri dövlətimizi və Ukrayna xalqını qorumaq üçün əlindən gələni edir. Bu, genişmiqyaslı müharibə şəraitində səfərbərlik tədbirləri olmadan mümkün deyil”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski bildirib.

Bundan əlavə, general-polkovnik Sırski səfərbərlik fəaliyyəti zamanı insan hüquqlarının pozulması hallarını xatırladıb və vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri bu kimi halların qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə - TTK-nın işindəki problemləri aradan qaldırmaq, səhvləri düzəltmək və işin keyfiyyətini artırmaq üçün çalışmaqdadır.

Onun sözlərinə görə, bu, “orduya ümummilli dəstək” və “hərbi personala hörmət” olmadan mümkün deyil.

Qeyd edək ki, bu yaxınlarda səfərbərlik zamanı hərbçilərə hücum olub, nəticədə Ukrayna Silahlı Qüvvələrinin bir hərbçisi həyatını itirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər