Sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb
Tarix: 03-02-2025 16:12 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb

Milli Məclis Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-dək uzadılmasına dair qanun layihəsini qəbul edib.

Reyting.az
 xəbər verir ki, bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti əvvəlcə 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.




Bölməyə aid digər xəbərlər
22-01-2025, 11:23 Dəfn pulu artırılır