İrəvanda Rusiya və Litva vətəndaşları saxlanılıb
Tarix: 03-02-2025 16:43 | Bölmə: Dünya
İrəvanda Rusiya və Litva vətəndaşları saxlanılıb

Ermənistanın paytaxtı İrəvan metrosunda baş vermiş insidentlə bağlı dörd Rusiya və bir Litva vətəndaşı saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə paytaxt polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, fevralın 1-də axşam saatlarında “Sasuntsi David” stansiyasından “Zoravar Andranik”-ə gedən xəttin açıq hissəsində vətəndaş qəza əyləcini çəkib. Maskalı bir neçə nəfər qatara qaçaraq vaqonları boyamağa, sonra isə qatara daş ataraq onun hərəkətinə mane olmağa başlayıblar.

Onu da qeyd edək ki, bundan əvvəl də xuliqanların ölkəni tərk etmək istəyərkən sərhəddə saxlanıldığı bildirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər