Rus ordusunun canlı qüvvəsi tükənir
Tarix: 03-02-2025 15:25 | Bölmə: Dünya
Rus ordusunun canlı qüvvəsi tükənir

“Son bir ayda Rusiyanın irəliləmə tempi xeyli azalsa da, ərazilərimizi sıxışdırmaqda davam edirlər. Onlar hələ də hücumdadırlar və birdən çox şəhərimiz hələ də ciddi təhlükə altındadır. Biz Kupyansk və Pokrovsk şəhərlərini itirə bilərik”.

Reyting.az
xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yevgeni Diki bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu yorulsa da, hələ çox böyükdür. Amma buna baxmayaraq ki, döyüşün intensivliyi heç də azalmayıb, irəliləyiş sürəti isə artıq yarıya qədər azalıb, ordu yavaş-yavaş tükənir, itkilərini əvəz etməkdə böyük problem var.

Ekspert əlavə edib ki, hazırda Rusiya Federasiyasında 2022-ci ildən səfərbər olunanların kiçik ehtiyatları hələ də var. İndi onların ordusunun əsasını ödənişlərə görə döyüşə gedən müqaviləli əsgərlər təşkil edir və onlar da tədricən azalır.

ELÇİN




Bölməyə aid digər xəbərlər