Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi olub
Tarix: 05-02-2025 23:33 | Bölmə: Xəbərlər
Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi olub

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.

Reyting.az
-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə yazıb ki, Ukraynanın 150 vətəndaşı geri qaytarılıb.

Onların arasında Mariupol və Zaporojye vilayətində əsir düşən Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin hərbçiləri, milli qvardiya əməkdaşları, sərhədçilər, polis əməkdaşları və digərləri var.

Qeyd edək ki, eyni zamanda 150 rusiyalı hərbçi də Ukrayna əsirliyindən azad edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər