İki gün güclü külək əsəcək - Xəbərdarlıq
Tarix: 04-02-2025 12:23 | Bölmə: Xəbərlər
İki gün güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 5-6-da güclü külək əsəcək.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, bu barədə sarı xəbərdarlıq olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu da sarı xəbərdarlığa uyğundur.




Bölməyə aid digər xəbərlər