12:42 / 23-05-2025
Sabah yağış yağacaq
"Qarabağ" Julio Romao ilə vidalaşıb
Tarix: 05-02-2025 15:04 | Bölmə: İdman
"Qarabağ" Julio Romao ilə vidalaşıb

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən "köhlən atlar"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.




Bölməyə aid digər xəbərlər