Gürcüstanda 24 yaşlı azərbaycanlı öldürülüb
Tarix: 04-02-2025 15:16 | Bölmə: Xəbərlər
Gürcüstanda 24 yaşlı azərbaycanlı öldürülüb

Gürcüstanın Bolnisi bələdiyyəsinin İncəoğlu kənd sakini, 24 yaşlı Vüqar Yaqubov ötən gün Rustavi şəhərində qətlə yetirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verib və cinayəti törədən şəxsin saxlanıldığını bildirib.

“Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116 və 236-cı maddələri üzrə istintaq davam edir,” – deyə nazirlikdən qeyd olunub.

Qeyd edək ki, CM-nin 116-cı maddəsi ehtiyatsızlıqdan ölümə səbəb olma (altı aydan iki ilədək ev dustaqlığı və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə), 236-cı maddə isə qanunsuz silah əldəetmə, saxlama, gəzdirmə və daşıma hallarını (cərimə, altı aydan iki ilədək ev dustaqlığı və ya iki ilədək azadlıqdan məhrumetmə) nəzərdə tutur.

Hazırda hadisənin detalları tam məlum deyil. İlkin məlumata görə, cinayət mübahisə zəminində baş verib(Report).




Bölməyə aid digər xəbərlər