12:31 / 05-02-2025
Sabah yağış yağacaq
Vahid Əhmədov: "Yox bir, Amerikaya aparıblar..." - Yenilənib
Tarix: 05-02-2025 14:40 | Bölmə: Cəmiyyət
Vahid Əhmədov: "Yox bir, Amerikaya aparıblar..." - Yenilənib

Sabiq millət vəkili Almaniyaya aparılıb.

Məlumata görə, sabiq millət vəkili hazırda bu ölkənin xəstəxanalarından birinə yerləşdirilib.

Vahid Əhmədovun bir müddətdi səhhətində problemlər olduğu vurğulanır.

Qeyd edək ki, Vahid Əhmədov millət vəkili olduğu müddətdə də müalicə üçün xaricə üz tuturdu və bir neçə dəfə İsrail və Almaniyada müalicə olunmuşdu.(Vətəninfo.az)

***

Sabiq millət vəkili Vahid Əhmədovun səhhətində ciddi problemlərin yaranması səbəbindən onun Almaniyaya aparıldığı barədə xəbər məkanında məlumat yayılıb.


İddia olunur ki, Vahid müəllim hazırda bu ölkənin xəstəxanalarından birinə yerləşdirilib.

Reyting.az xəbər verir ki, sabiq millət vəkili musavat.com-a açıqlamasında xəbəri təkzib etdi: “Yalan söhbətdir. Səhhətim normaldır. Nə Almaniya? Yox bir, Amerikaya aparıblar...Bu gün ofisdə olmuşam, hazırda işdən çıxıb, bağa gedirəm”, Vahid Əhmədov bildirb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:31 Sabah yağış yağacaq
Dünən, 12:53 Sabah yağış yağacaq