12:36 / 08-02-2025
Sabah qar yağacaq
Lənkəranda üç kənddə evləri su basıb
Tarix: 06-02-2025 11:43 | Bölmə: Xəbərlər
Lənkəranda üç kənddə evləri su basıb

Lənkəran şəhəri, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər intensiv yağışlarla əlaqədar subasmaya məruz qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Hazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Vurğulanıb ki, bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.




Bölməyə aid digər xəbərlər