12:36 / 08-02-2025
Sabah qar yağacaq
Egeydə silsilə təkanlar: İsrail sunamilərə hazırlaşır - Foto
Tarix: 07-02-2025 15:22 | Bölmə: Cəmiyyət
Egeydə silsilə təkanlar: İsrail sunamilərə hazırlaşır

Egey dənizində silsilə yeraltı təkanlar qeydə alınıb. Xüsusilə, yanvarın 26-dan bəri 6000-dən çox zəlzələ baş verib. Vəziyyət təkcə Yunanıstanda deyil, həm də mümkün sunamiyə hazırlaşmağa başlayan İsraildə narahatlıq yaradıb.

Reyting.az
xəbər verir ki, yeraltı təkanlardan sonra minlərlə turist Yunanıstanın Santorini adasını tərk edib.

Bildirilir ki, zəlzələlərin sunamilərə səbəb olması mümkündür və İsrail artıq nəhəng dalğa ilə qarşılaşmağa hazırlaşır.



Qeyd olunur ki, fevralın 6-da səhər tezdən Afina Geodinamik İnstitutu maqnitudası 4 baldan çox olan yeddi yeraltı təkan barədə məlumat verib. Bunun ardınca Yunanıstanın Mülki Müdafiə Nazirliyi Santorinidə martın 3-dək fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Məlumata görə, yerli sakinlər və turistlər seysmik aktivliyin təsirini hiss ediblər: 11 mindən çox insan təcili reyslərlə adadan qaçıb, güclü külək isə bərə xidmətlərini iflic edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Sabah qar yağacaq
Dünən, 12:57 Sabah qar yağacaq
6-02-2025, 10:05 Bölgələrə qar yağır
5-02-2025, 12:31 Sabah yağış yağacaq
4-02-2025, 12:53 Sabah yağış yağacaq