12:36 / 08-02-2025
Sabah qar yağacaq
Peskov: “Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”
Tarix: 07-02-2025 15:19 | Bölmə: Siyasət
Peskov: “Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”

“Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”.

TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Təəssüflənirik və bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik. Bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə müzakirə edəcəyik və bu məsələnin dövlət başçıları səviyyəsində qaldırılacağını istisna etmirik”.

Peskov vurğulayıb ki, Moskva bu məsələləri Bakı ilə olan ənənəvi mehriban münasibətləri rəhbər tutaraq dialoq vasitəsilə həll edəcək.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər