12:36 / 08-02-2025
Sabah qar yağacaq
Ucarda məktəbliyə xəsarət yetiriblər
Tarix: 06-02-2025 11:58 | Bölmə: Xəbərlər
Ucarda məktəbliyə xəsarət yetiriblər

Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9-cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Reyting.az
xəbər verir ki, bu barədə Mərkəzi Aran Regoinal Təhsil İdarəsi məlumat yayıb.

İdarə bildirir ki, 04 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib. Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.

Vurğulanıb ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

"Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - idarədən bildirilib.

Onu da qeyd edək ki, bəzi mənbələr 9-cu sinif şagirdinin məktəbliyə bıçaqla xəsarətlər yetirdiyini iddia edirlər.




Bölməyə aid digər xəbərlər