09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
“Bakı Metropoliteni”ndə departament rəisi təyinatı olub
Tarix: 08-02-2025 15:18 | Bölmə: Cəmiyyət
“Bakı Metropoliteni”ndə departament rəisi təyinatı olub

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin olunub.

Reyting.az
xəbər verir ki, Şaban İmkani 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq