İsrail ordusu köçkünlərin sığındığı məktəbi vurub
Tarix: 26-05-2025 08:15 | Bölmə: Xəbərlər
İsrail ordusu köçkünlərin sığındığı məktəbi vurub

İsrail Silahlı Qüvvələri Qəzzada məcburi köçkünlərin sığındığı məktəbin binasına hava zərbələri endirib. Zərbələr nəticəsində, ən azı, 20 nəfər həlak olub.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan başqa, məktəb binasının vurulması nəticəsində onlarla insan yaralanıb.

Xatırladaq ki, bir gün əvvəl İsrail ordusunun Qəzza zolağındakı bir binaya hücumu zamanı BQXK-nın iki əməkdaşı həlak olmuşdu.

Onu da qeyd edək ki, İsrail–Fələstin qarşıdurması şiddətlənməyə başladıqdan bu yana həlak olan fələstinlilərin sayı 54 minə yaxınlaşıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər