Laçın Hava Limanına beynəlxalq status verilib
Tarix: 26-05-2025 10:57 | Bölmə: Xəbərlər
Laçın Hava Limanına beynəlxalq status verilib

Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin.

Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər