Şvartseneqqer bahalı avtomobilini satıb - Foto
Tarix: 26-05-2025 07:55 | Bölmə: Xəbərlər
Şvartseneqqer bahalı avtomobilini satıb

Hollivudun kino ulduzu, iş adamı, siyasətçi və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqer "Bugatti Veyron" modelindən olan fərqli görünüşə malik bahalı avtomobilini satıb.

Reyting.az
ABŞ mediasına istinadla xəbər verir ki, Şvartseneqqer sifarişlə hazırlanmış xüsusi "Bugatti Veyron Grand Sport Vitesse" avtomobilini satmaq üçün çox gözləməli olmayıb. Öz çevrəsində "Doktor Buqqati" təxəllüsü ilə tanınan Obi Oke adlı müştəri Hollivudun ulduzunun avtomobili 3,3 milyon dollara alıb.



Qeyd edək ki, avtomobil 1200 at gücündədir, "W16" mühərriki ilə təchiz edilib.

Avtomobil eksklüziv ağ-gümüşü metalik boya ilə rənglənib və Havana dəri salonu üslubuna malikdir. Avtomobil Hollivudun kino ulduzu tərəfindən ancaq Kaliforniya ştatının qubernatoru olduğu dövrlərdə istifadə edilib və cəmi 10.000 kilometr yo gedib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər