Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
Tarix: 05-06-2025 08:49 | Bölmə: Xəbərlər
Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadla bildirir ki, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər sakin şəhər ərazisindən tapdığı avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Tədbirlər zamanı 10 nəfər sakindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər