12:34 / 05-06-2025
Sabah yağış yağacaq
İlon Mask Donald Trampa qarşı çıxır
Tarix: 04-06-2025 13:15 | Bölmə: Xəbərlər
İlon Mask Donald Trampa qarşı çıxır

Ağ evdəki vəzifəsindən istefa verən amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın vergi və xərclər haqqında qanun layihəsini “iyrənc biabırçılıq” adlandırıb.

Reyting.az
xəbər verir ki, İ. Mask ilk dəfə D. Trampa qarşı çıxış edib və mövqeyini sosial media hesabında açıqlayıb.

“Üzr istəyirəm, amma buna daha dözə bilmirəm. Bu kütləvi, ağılları qarışdıran, talanlarla dolu iyrənc bir rüsvayçılıqdır. Buna səs verənlərə yazıq: bilirsiniz ki, səhv edirsiniz. Bu qanun layihəsi Amerika vətəndaşının büdcə kəsirini 2,5 trilyon dollara qədər artıracaq. Dözülməz, dayanıqlı olmayan borc yükü olacaq”,- deyə Mask yazıb.

Qeyd edək ki, prezident Tramp Nümayəndələr Palatasından keçən və Senatda müzakirəyə çıxarılacaq qanun layihəsini “böyük və gözəl qanun” adlandırıb.

Ağ evin sözçüsü Karoline Leavitt deyib: “Prezident İlon Maskın bu mövzudakı fikirlərini bilir, lakin bu, onun fikrini dəyişməyəcək. Bu, böyük və gözəl qanundur”.

Qanun layihəsi Respublikaçılar Partiyasında da müzakirələrə səbəb olub. Sərtləşdirmənin tərəfdarı olan respublikaçılar, 2017-ci ildə tətbiq edilən vergi endirimlərini uzatmaqla yanaşı, hərbi və sərhəd təhlükəsizliyinə xərcləri artıracaq qanun layihəsinin dəyəri ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Digər tərəfdən, ABŞ Senatındakı bəzi mühafizəkar respublikaçılar Maskın fiskal məsələlərlə bağlı fikirlərini dəstəkləyiblər. Bu, qanun layihəsinin Senatda qəbulunu çətinləşdirə bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər