12:34 / 05-06-2025
Sabah yağış yağacaq
27 polisi narkotikə görə işdən çıxarıblar
Tarix: 04-06-2025 16:47 | Bölmə: Xəbərlər
27 polisi narkotikə görə işdən çıxarıblar

Ermənistan Daxili İşlər Nazirliyinin 10 əməkdaşı narkotikdən istifadə etdiyinə görə işdən xaric edilib.

Reyting.az
xəbər verir ki, bunu iyunun 4-də “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın müzakirəsi zamanı parlamentin daimi komitələrinin birgə iclaslarında Daxili işlər naziri Arpine Sarkisyan deyib.

Onun sözlərinə görə, 2024-cü ildə 17, 2025-ci ilin ilk aylarında isə daha 10 işçi işdən çıxarılıb.

Nazir həmçinin tezliklə Polis üçün yeni intizam məcəlləsini təqdim edəcəyini açıqlayıb. Sənədə əsasən, işçilər illik narkotik testindən keçməlidirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər