15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb
Tarix: 03-06-2025 15:21 | Bölmə: Xəbərlər
15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb

Bərdə rayonunda yeniyetmə qız məktəbdə xəsarət alıb.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərində 5 saylı tam orta məktəbdə baş verib.

Həmin məktəbdə təhsil alan Qaradağlı kənd sakini 2010-cu il təvəllüdlü Z. Şıxıyeva (şərti) 3-cü mərtəbədə yerləşən sinif otağının pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Z. Şıxıyevanın vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər