Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib
Tarix: 02-06-2025 09:32 | Bölmə: Xəbərlər
Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

1980-cı il təvəllüdlü Özbəy Əmirhəmzəyev idarə etdiyi "Qaz 53" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Maşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.(APA)




Bölməyə aid digər xəbərlər