12:30 / 04-06-2025
Sabah yağış yağacaq
İyun ayının bu tarixlərdə qeyri-iş günləri olacaq
Tarix: 02-06-2025 20:27 | Bölmə: Xəbərlər
İyun ayının bu tarixlərdə qeyri-iş günləri olacaq

Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır. 

Reyting.az
xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 

İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

Qeyd edək ki, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 13 gün qeyri-iş günüdür. 




Bölməyə aid digər xəbərlər