15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Gəncədə iki qardaş bıçaqlanıb - (Yenilənib)
Tarix: 23-07-2025 10:56 | Bölmə: Xəbərlər
Gəncədə iki qardaş bıçaqlanıb - (Yenilənib)

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

Məlumata görə, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı - 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Onları bıçaqlamaqda şübhəli bilinən, 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır(report).

***

Gəncədə 24 yaşlı gəncin bıçaqladığı qardaşlar xəstəxanadan evə buraxılıb.

TƏBİB-dən verilən məlumata görə, iyulun 23-ü saat 01:30 radələrində 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Qeyd olunub ki, onlara budun açıq və döş qəfəsinin digər şöbələrinin açıq yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.




Bölməyə aid digər xəbərlər