13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Rusiya və İran Xəzərdə hərbi təlimlərə başlayır
Tarix: 21-07-2025 08:37 | Bölmə: Xəbərlər
Rusiya və İran Xəzərdə hərbi təlimlərə başlayır

Rusiya və İran Xəzər dənizində hərbi təlimlərə başlayır. Bildirilir ki, birgə təlimin məqsədi dənizdə təhlükəsizliyin səviyyəsini və Xəzəryanı ölkələrin donanmaları arasında qarşılıqlı əlaqəni artırmaqdır.

Reyting.az
-ın məlumatına görə, İranın “Tasnim” dövlət agentliyi yazır ki, “CASAREX 2025” təlimləri iki ölkənin hərbi dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölməsi) şəxsi heyətinin iştirakı ilə keçirilir.

İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil olunan birləşmiş dəniz axtarış-xilasetmə təlimləri 3 gün davam edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər