22:05 / 17-07-2025
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada nahar ediblər - Fotolar
19:06 / 17-07-2025
Qəbul imtahanının nəticəsi elan edilib
18:10 / 17-07-2025
Samir Nuriyev BƏƏ-nin nümayəndə heyəti ilə görüşüb - Fotolar
18:02 / 17-07-2025
Unun son topdansatış qiymətləri bəlli olub
17:53 / 17-07-2025
Ali Rada yeni hökumətin tərkibini təsdiqləyib - Siyahı
17:45 / 17-07-2025
Ukraynanın yeni müdafiə naziri təyin olunub
17:34 / 17-07-2025
Tramp Epşteynin cinayətlərini ört-basdır edir
16:58 / 17-07-2025
Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib
16:49 / 17-07-2025
Mirədalət Talışxanov məhkəmə qarşısına çıxarılıb
16:13 / 17-07-2025
Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
15:33 / 17-07-2025
Türkmən liderə Qarabağ atı hədiyyə olunub - Fotolar
15:26 / 17-07-2025
Yermak: Yeni sanksiyalar Ukraynada müharibəni dayandıra bilər
15:05 / 17-07-2025
Baş Prokurorluqda yeni təyinatlar olub
14:44 / 17-07-2025
Əliyev və Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - Fotolar
14:35 / 17-07-2025
Ən varlı şəxslər: Ellison Zukerberqi geridə qoyub
14:23 / 17-07-2025
Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində... - Fotolar
14:04 / 17-07-2025
Növbəti köç karvanı Ağdama çatıb - (Yenilənib)
13:26 / 17-07-2025
Əliyev və Berdiməhəmmədov Şuşadadır - (Yenilənib) - Fotolar
13:06 / 17-07-2025
Almaniya tank və zirehli texnikasını iki dəfə artırır
13:05 / 17-07-2025
Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində olublar - Fotolar
13:00 / 17-07-2025
Ukraynada qadını baş nazir seçiblər
12:51 / 17-07-2025
Respublika çempionu kanalda boğulub
12:41 / 17-07-2025
EXPARGO-nun gətirdiyi uşaq qidası zay çıxıb - Video
12:23 / 17-07-2025
Sabahın hava proqnozu açıqlanıb
12:21 / 17-07-2025
10 km məsafədə ölüm zonası yaradıblar
12:02 / 17-07-2025
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə...
11:49 / 17-07-2025
“Neftçi” bu gün Polşdada ilk yoxlama oyununu keçirəcək
11:43 / 17-07-2025
Marsdan gələn meteorit rekord qiymətə satılıb
11:19 / 17-07-2025
Berdiməhəmmədov Füzuli rayonuna gəlib - (Yenilənib) - Fotolar
14:26 / 14-07-2025

13:30 / 13-07-2025

06:13 / 13-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

07:40 / 16-07-2025

09:15 / 14-07-2025

10:54 / 16-07-2025

17:53 / 14-07-2025

23:03 / 12-07-2025

12:18 / 16-07-2025

14:56 / 16-07-2025

Tramp Epşteynin cinayətlərini ört-basdır edir
Tarix: 17-07-2025 17:34 | Bölmə: Xəbərlər

Morin Komi
Prezident Trampın təzyiqləri nəticəsində daha bir vəzifəli şəxs postunu tərk etməli olub. "The New York Times" nəşrinin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi Federal Təhlükəsizlik Bürosunun (FTB) sabiq direktoru Ceyms Kominin qızı, federal prokuror Morin Komini vəzifəsindən azad edib.
Reyting.az-ın məlumatına görə, baş verən hadisə ilə bağlı "The New York Times" nəşrinə danışan mənbələr bildiriblər ki, öncə xəbərdarlıq edilmədən prokuror Komiyə işdən çıxarılması barədə rəsmi məktub göndərilib. Bu sənəddə əsas kimi ABŞ Konstitusiyasına görə prezidentin səlahiyyətlərini tənzimləyən II maddəsi göstərilib.
Nyu-Yorkun Cənub Dairəsi Prokurorluğunun əməkdaşı bu xəbəri təkzib etməsə də, Morin Kominin işdən çıxarılması ilə bağlı şərh verməyib.
Ağ evin mətbuat xidməti də Kominin vəzifədən uzaqlaşdırılması barədə təşəbbüsün Ağ evdən, prezident Donald Trampdan gəlib-gəlmədiyini şərh etməkdən imtina edib.
Qeyd edək ki, Morin Komi nüfuzlu maliyyəçi və Trampa yaxın iş adamı kimi tanınan Ceffri Epşteynin işi üzrə istintaqda iştirak edib. Epşteyn insan alveri və seksual məqsədlə istismarda ittiham olunurdu. O, həmçinin repçi Şon Kombs haqqında açılan cinayət işində, insan alveri və fahişəliyə məcbur etmə ittihamı ilə aparılan böyük istintaq prosesində də iştirak edib.
Donald Tramp dəfələrlə iddia edib ki, o, bu məsələdə ədalətli mövqe tutacaq və Epşteynin yetkinlik yaşına çatmayanları seks üçün "icarəyə verdiyi" siyasətçilərin, tanınmış şəxslərin "müştəri siyahısı" dərc olunacaq. Ancaq prezident Tramp Ağ evə qayıtdıqdan sonra qalmaqallı siyahı sanki "yoxa çıxıb".
İyul ayının 7-də ABŞ Ədliyyə Nazirliyi ilə Federal Təhlükəsizlik Bürosu birlikdə sənəd yayıblar və belə bir siyahının mövcudluğuna dair heç bir dəlil-sübut tapılmadığı bildirilib. Ancaq bu bəyanat Trampın bəzi radikal tərəfdarları arasında böyük mübahisəyə, narazılığa səbəb olub.
"The New York Times" nəşri qeyd edib ki, hələlik Kominin işdən çıxarılmasının birbaşa onun Epşteyn işi və yaxud digər istintaqlardakı fəaliyyəti ilə bağlı olduğuna dair konkret sübut yoxdur. Bununla belə, mənbələrə istinad edən bir çox nəşrlər dəfələrlə Kominin bu istintaq işinə müdaxiləyə, üstəlik, araşdırmalar bitmədən istintaq materiallarının vaxtından əvvəl açıqlanmasına qarşı çıxdığını xüsusilə vurğulayıblar.
Federal prokurorun, xüsusilə, Morin Komi kimi təcrübəli bir şəxsin qəfil vəzifədən uzaqlaşdırılması əvvəllər nadir hal hesab olunurdu. Lakin Donald Trampın hakimiyyəti dövründə belə hallar daha tez-tez baş verir.
Qeyd olunur ki, M. Kominin işdən çıxarılması ABŞ-da bu qəbildən bəlkə də ən səs-küylü hadisə sayılır. Üstəlik, qəfil verilmiş belə bir qərarda Trampın əli olduğu şübhəsi artıq həqiqətə çevrilir.
Nəşr daha sonra xatırladır ki, gözlənilməz qərarla işindən azad edilmiş federal prokuror Morin Kominin atası, Ceyms Komi, 2013–2017-ci illər ərzində Federal Təhlükəsizlik Bürosunun direktoru olub. Onu da Tramp vəzifədən azad edib. FTB direktoru kimi Komi dəfələrlə Trampı açıq tənqid hədəfinə çevirib. Həm də 2020-ci il prezident seçkilərində Ceyms Komi hamını Co Baydenə səs verməyə çağırıb. 2024-cü ildə isə Ceyms Komi Demokratlar Partiyasından irəli sürülən namizəd Kamala Harrisi dəstəkləmişdi.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:45
Ukraynanın yeni müdafiə naziri təyin olunub
Bu gün, 17:34
Tramp Epşteynin cinayətlərini ört-basdır edir
Bu gün, 15:33
Türkmən liderə Qarabağ atı hədiyyə olunub - Fotolar
Bu gün, 15:05
Baş Prokurorluqda yeni təyinatlar olub
Bu gün, 10:11
Rusiya ordusu Dneprə yenidən zərbələr endirib
Bu gün, 09:13
Ruslar bir gecədə 122 PUA vurub
Bu gün, 08:12
Araxamiya yeni hökumətin tərkibini elan edib
Bu gün, 08:05
NATO-nun Qrenlandiyada bazası olacaq?
Bu gün, 07:35
Əridi, qalmadı dağların qarı... - Səməd Məlikzadə yazır
Dünən, 18:40
Deportasiya ilə bağlı veriliş hazırlanıb - Video
Dünən, 18:05
Ali Rada baş naziri istefaya göndərib
Dünən, 17:21
İlham Əliyev bəzi qanunlara dəyişikliyi təsdiqləyib
Dünən, 15:59
Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
Dünən, 14:59
Sumqayıtda iki nəfər 67 kq narkotiklə saxlanılıb
Dünən, 11:08
“Qumar kralı”nın adamları azadlığa buraxılıb
Dünən, 10:22
Tramp Qətərə səfərə gedir
Dünən, 09:54
Goranboyda kütləvi dava: xəsarət alanlar var
Dünən, 08:25
Fələstinin Avropa İttifaqından umacağı var
15-07-2025, 16:53
Ukraynanın baş naziri istefa verib
15-07-2025, 13:52
Kamran Əliyevi iki prokuror təyin edib
15-07-2025, 13:18
Bolqarıstan Avrozonaya qəbul olunub
15-07-2025, 12:10
Əliyev Ərdoğana məktub göndərib
15-07-2025, 10:21
Türkiyənin 60 əyalətində əməliyyat keçirilib
15-07-2025, 09:16
Azərbaycan ərazisində zəlzələ olub
15-07-2025, 07:46
Trampın qərarı Rusiyaya üstünlük qazandırıb?
14-07-2025, 19:42
Sabah Abşeronda qızmar diskomfort hava olacaq
14-07-2025, 18:24
Araz çayında batan uşağın meyiti tapılıb
14-07-2025, 14:59
Oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb - Yenilənib
14-07-2025, 14:18
Anar: “Söz verdiyim kimi vəzifəmdən gedirəm..."
14-07-2025, 13:39
Rusiya miqrantlarla bağlı qanunu sərtləşdirir
14-07-2025, 12:46
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
14-07-2025, 08:45
ABŞ Çini kosmosda da izləyir - Fotolar
14-07-2025, 08:06
Kilsəyə atəş açan şəxs öldürülüb
14-07-2025, 08:01
Ukrayna ordusunda döyüş ruhu aşağı düşüb
14-07-2025, 07:50
Zelenski Nazirlər Kabinetini yeniləyir
14-07-2025, 07:40
Bakıdakı “Taxta bazarı”nda yanğın olub - Foto
12-07-2025, 11:24
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - Foto
12-07-2025, 11:11
Sumqayıtda kürəkən qayınatasını öldürüb
12-07-2025, 09:46
Polis Beyləqanda 9 nəfəri saxlayıb - Fotolar
11-07-2025, 15:41
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
11-07-2025, 13:03
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
11-07-2025, 12:09
Prezident daha bir fərman imzalayıb
11-07-2025, 12:07
İlham Əliyev Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib
11-07-2025, 11:52
“Yaşayış minimumu haqqında” qanun dəyişib
11-07-2025, 10:31
Ağdamda insan skeleti tapılıb
11-07-2025, 10:24
Abşeronda silah-sursat aşkarlanıb
11-07-2025, 08:25
Keçmiş baş nazir korrupsiyada ittiham olunur
10-07-2025, 15:21
Qarabağlı kəndində tədqiqat başlayıb - Foto