15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Fransanın verdiyi qırıcı Ukraynada qəzaya uğrayıb
Tarix: 23-07-2025 09:41 | Bölmə: Xəbərlər
Fransanın verdiyi qırıcı Ukraynada qəzaya uğrayıb

Dünən Fransanın təhvil verdiyi “Mirage-2000” qırıcı təyyarəsi Ukraynada qəzaya uğrayıb. Pilot təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırmağa müvəffəq olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin rabitə şöbəsinin rəisi Yuri İqnat “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, pilot peşəkarlıqla çalışıb, lakin təyyarəni xilas etmək mümkün olmayıb.

“Mirage-2000” pilotu böhranlı vəziyyətdə bacarıqla hərəkət edib, təyyarəni xilas etmək onsuz da mümkün deyildi, lakin pilot təyyarəni təhlükəsiz yerə, məskunlaşan ərazidən uzaq bir yerə yönəltmək üçün hər şeyi edib”,- İqnat bildirib.

O, həmçinin media və sənaye ekspertlərini vaxtından əvvəl nəticələri qiymətləndirməyə tələsməməyə çağırıb.

“Dünya praktikasında belə hadisələr nadir deyil. Əsas odur ki, o, sağ və sağlamdır və yerdə heç bir nəticəsi yoxdur”,- İqnat əlavə edib.

Qeyd edək ki, iyulun 22-də axşam saatlarında “Mirage-2000” qırıcısı qəzaya uğrayıb. Ukrayna Hərbi Hava Qüvvələri qeyd edib ki, uçuş missiyası zamanı təyyarədə nasazlıq baş verib. Pilot problem barədə uçuş direktoruna məlumat verib.

“Sonra o, böhranlı vəziyyətlərdə tələb olunduğu kimi səriştəli hərəkət edib və uğurla havadan çıxarılıb. Axtarış-xilasetmə qrupu pilotu tapıb, vəziyyəti stabildir. Yerdə itki yoxdur”,- məlumatda deyilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər