13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Azərbaycan, Hindistan, Çin, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edilib
Tarix: 19-07-2025 06:52 | Bölmə: İqtisadiyyat
Azərbaycan, Hindistan, Çin, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edilib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında yer alıb.

Sanksiyaya məruz qalan xarici şirkətlər arasında Çinin "Bellatrix Energy", "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK", "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry", Hindistanın "Intershipping Services Hub Private" və "Nayara Energy", Mavrikiyanın "Redbird Corporate Services" və "Sapang Shipping" Sinqapurun "2Rivers PTE", Azərbaycanın "Aqua Fleet Management", BƏƏ-nin "Intershipping Services", "Twister Shipmanagement", "Admiral Group", "Milavous Group", "2Rivers DMCC", "Monolink Group" və "Tarabya Logistics" şirkətləri yer alıb.(APA)




Bölməyə aid digər xəbərlər