18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Sahib Rzayev idarə rəisi təyin edilib
Tarix: 23-07-2025 16:43 | Bölmə: Xəbərlər
Sahib Rzayev idarə rəisi təyin edilib

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəisi təyinatı olub.

Reyting.az
xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Sahib Rzayev bu idarənin rəisi təyin edilib.

Qeyd edək ki, S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.




Bölməyə aid digər xəbərlər