13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Ruslar cəbhənin bir neçə nöqtəsində irəliləyib
Tarix: 21-07-2025 10:42 | Bölmə: Xəbərlər
Ruslar cəbhənin bir neçə nöqtəsində irəliləyib

Rusiya qoşunları Ukrayna ilə döyüş təmas xəttində bir sıra yaşayış məntəqələri istiqamətində irəliləyə bilib. Xüsusilə, Donetsk vilayətinin Novotoretske, Şevçenko, Poltavka, eləcə də Volnoye Pole, Andreyevka və Popovıy Yar yaxınlığında irəliləyişləri qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə cəbhədəki mövcud vəziyyəti izləyən “DeepState” analitik layihəsi məlumat yayıb.

Sumı rayonundakı Kondratovkada da döyüşlər davam edir.

Qeyd edək ki, bundan əvvəl işğalçılar Donetsk vilayətinin Kotlyarovka, Novonikolaevka, Poddubnoye, Verxnekamenskoye və Fedorovka yaxınlığında uğur qazanıblar.

Buna paralel olaraq Zaporojyedə Ukrayna qoşunları Orexov şəhəri yaxınlığında bir neçə mövqeyini bərpa edə bilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər