Rusiya və Türkiyə diplomatları görüşüb
Tarix: 29-07-2025 17:48 | Bölmə: Xəbərlər
Rusiya və Türkiyə diplomatları görüşüb

Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiç arasında görüş keçirilib.

Reyting.az
xəbər verir ki, görüş barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, görüş iyulun 29-da Türkiyə səfirinin xahişi ilə baş tutub.

“Söhbət zamanı Asiya-Sakit okean regionundakı vəziyyətə, xüsusilə Rusiya-Əfqanıstan münasibətlərində son irəliləyişlər fonunda Əfqanıstandakı vəziyyətin sabitləşdirilməsi səylərinə, eləcə də bir sıra digər regionlarda mövcud vəziyyətə diqqət yetirilib”, - Rusiya XİN-nin bəyanatında deyilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər