19 aptekdə nöqsanlar aşkarlanıb
Tarix: 05-08-2025 13:14 | Bölmə: Xəbərlər
19 aptekdə nöqsanlar aşkarlanıb

2025-ci ilin iyul ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 48 apteki yoxlayıb.

Reyting.az
Analitik Ekspertiza Mərkəzinə istinadla xəbər verir ki, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.




Bölməyə aid digər xəbərlər