12:38 / 20-08-2025
Sabah isti hava olacaq
Hərbi Prokurorluqda Etimad xətti yaradılıb
Tarix: 20-08-2025 10:07 | Bölmə: Xəbərlər
Hərbi Prokurorluqda Etimad xətti yaradılıb

Hərbi qulluqçular və onların ailə üzvləri ilə etimadın möhkəmləndirilməsi məqsədi ilə Hərbi Prokurorluqda "962" Etimad xətti yaradılıb.

Reyting.az
xəbər verir ki, Etimad xəttinin yaradılmasında məqsəd həm də cinayətkarlığa və digər qanun pozuntularına qarşı tədbirlərin çevikliyini, vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini, müraciət imkanının asanlaşdırılmasını təmin etməkdir.

Aşkarlığın, əlçatanlığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacaq və fasiləsiz olaraq fəaliyyət göstərəcək Etimat xəttinə müraciətlər və cavablandırılma respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər