12:38 / 20-08-2025
Sabah isti hava olacaq
Ərdoğan və Rutte təhlükəsizlik təminatlarını müzakirə ediblər
Tarix: 20-08-2025 12:13 | Bölmə: Dünya
Ərdoğan və Rutte təhlükəsizlik təminatlarını müzakirə ediblər

NATO-nun baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat xidmətindən bildiriblər.

“X” sosial şəbəkəsindəki paylaşımda deyilir ki, söhbət zamanı Ukrayna və Rusiya arasında sülh prosesi ilə bağlı son hadisələr müzakirə olunub. Eyni zamanda Ərdoğan və Rutte Türkiyənin Ukraynada sülh prosesində və Qara dənizdə təhlükəsizliyin təminatında əsas rolunu vurğulayıblar.

“Prezident Ərdoğan və NATO-nun baş katibi Rutte həmçinin etibarlı və davamlı təhlükəsizlik təminatları ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə mətbuat xidməti əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər