Bakıda TV rəhbəri həbs edilib
Tarix: 19-08-2025 13:50 | Bölmə: Xəbərlər
Bakıda TV rəhbəri həbs edilib

"İnstaqram"da özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən Səxavət Hüseynov həbs edilib.

Məhkəmənin qərarı ilə S.Hüseynova inzibati qaydada 20 sutka həbs cəzası təyin edilib.

Qeyd edək ki, Səxavət Hüseynov barəsində Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Polis İdarəsində araşdırma aparılıb.

R.Məmməd bu barədə öz sosial şəbəkə hesabında paylaşım edərək özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən şəxsin onu təhqir etdiyini və bu barədə DİN-in “102” qaynar xəttinə şikayət etdiyini bildirib(APA)




Bölməyə aid digər xəbərlər
14-08-2025, 10:52 XİN: "Yaşasın Pakistan!"