Döyüş təyyarəsi okeana düşüb
Tarix: 21-08-2025 13:47 | Bölmə: Xəbərlər
Döyüş təyyarəsi okeana düşüb

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “F/A-18E Super Hornet” döyüş təyyarəsi Virciniya sahillərində okeana düşüb. Son anda təyyarəni tərk edə bilən pilot xilas edilib.

Reyting.az
xəbər verir ki, təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Hərbi Dəniz Qüvvələrinin sözçüsü Ceki Paraşar qəzanın səhər saat 9:50 radələrində baş verdiyini və pilotun saat 11:20 radələrində sağ-salamat xilas edilərək xəstəxanaya aparıldığını bildirib.

Paraşar deyib ki, qəzaya uğrayan təyyarə Virciniya çimərliyində yerləşən Oceana Dəniz Hava Stansiyasında yerləşən 83-cü Hücum Eskadrilyasının bir hissəsidir.

Təyyarənin qalıqları dənizdən çıxarılmayıb, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər