Macarıstan Zelenski-Putin görüşünü təşkil etməyə hazırdır
Tarix: 21-08-2025 15:18 | Bölmə: Dünya
Macarıstan Zelenski-Putin görüşünü təşkil etməyə hazırdır

Macarıstan iki dəfə Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılmasını təklif edib. Bu gün də bu təklif qüvvədə qalır.

Reyting.az
xəbər verir ki, bunu Macarıstanın Xarici işlər naziri Peter Siyarto deyib.

P. Siyarto bildirib ki, prezidentlərin görüşü üçün Macarıstanın köməyinə ehtiyac olarsa, ölkəsi sülh danışıqları təhlükəsiz şəraiti təmin etməyə hazırıq.

Diplomat ayrıca Trampın Ukrayna prezidenti və Avropa liderləri ilə görüşdən sonra Ukraynanın Avropa İttifaqına daxil olmasını müzakirə etmək üçün Macarıstanın baş naziri Viktor Orbana zəng etməsi barədə mətbuatda dərc olunan xəbərləri təkzib edib.

Qeyd edək ki, bundan əvvəl məlumat yayılıb ki, Zelenski və Putin Macarıstanda danışıqlar apara bilərlər. Bu ehtimalı “Reuters” ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadla yazıb. Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron görüşün Cenevrədə təşkil olunmasını təklif edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər