Rəqsanə İsmayılovanın ərinin ifadəsi alınıb
Tarix: 21-08-2025 11:19 | Bölmə: Xəbərlər
Rəqsanə İsmayılovanın ərinin ifadəsi alınıb

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanovun ifadəsi alınıb.

Reyting.az
Lent.az-a istinadla xəbər verir ki, polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılovanın dələduzluq faktına görə həbs edilməsi barədə xəbər vermişdik.

Müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov ötən gün video müraciət yayıb.

Şikayətçi 520 min dolları şəxsən Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova verdiyini açıqlayıb.

Belə olan halda Fazil Əmiraslanovun da istintaqa cəlb ediləcəyi ehtimal edilir.




Bölməyə aid digər xəbərlər