Zelenski Ukraynadakı seçkilərdən danışıb
Tarix: 21-08-2025 12:06 | Bölmə: Dünya
Zelenski Ukraynadakı seçkilərdən danışıb

“Seçki mövzusunun müzakirəsi Ukraynaya heç nə vermir. Müharibə zamanı belə müzakirələr olmamalıdır”.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu prezident Vladimir Zelenski jurnalistlərlə görüşü zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, müharibə zamanı seçki mövzusu ilə cəmiyyəti parçalamaq lazım deyil.

Zelenski əlavə edib ki, onun əsas prioriteti daxili siyasi müzakirələr deyil, müharibəyə son qoymaqdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər