16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
12:38 / 20-08-2025
Sabah isti hava olacaq
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
Tarix: 20-08-2025 14:32 | Bölmə: Xəbərlər
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar

ABŞ Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya təhvil verdiyi silahları 10 faiz baha satır.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ-nın Maliyyə naziri Skott Bessent “Fox News” telekanalının efirində bildirib.

Amerikalı vergi ödəyicilərinin Ukraynanın təhlükəsizliyinin təminatı kimi mümkün hava dəstəyini maliyyələşdirib-maliyyələşdirməyəcəkləri sualına Bessent belə cavab verib:

“Düşünürəm ki, prezident Tramp hazırda çox sayıqdır. Biz silahları ukraynalılara ötürən avropalılara satırıq və ABŞ bu silahlara 10 faiz əlavə edir. Beləliklə, bəlkə də bu 10 faiz hava örtüyü xərclərini ödəyəcək”.

Bu arada məlum olub ki, ABŞ və NATO müttəfiqləri Avropa ölkələrinin Amerika silahlarının alınması və Ukraynaya təhvil verilməsi xərclərini ödəmək üçün xüsusi Amerika fonduna pul köçürə biləcək sxem hazırlayırlar. “Reuters” agentliyinin məlumatına görə, mexanizm PURL (Prioritet Ukrayna Tələblər Siyahısı) adlanır.

ELÇİN




Bölməyə aid digər xəbərlər