19:34 / 27-11-2025
Türk dünyasını birləşdirən güc: Azərbaycan
19:17 / 27-11-2025
Azərbaycan axtarışda olan şəxsi Rusiyaya təhvil verib
18:26 / 27-11-2025
Almaniyada müharibəyə hazırlaşmaq tövsiyə olunur
18:15 / 27-11-2025
Ryabkov: Rusiya Ukraynaya güzəşt etməyəcək
17:56 / 27-11-2025
Bakıda TDT-nin Media Forumu keçirilib - (Yenilənib) - Fotolar
17:43 / 27-11-2025
Vulkan 12 min ildən sonra yenidən püskürür
17:37 / 27-11-2025
Futzal üzrə Yüksək Liqa oyunları keçirilib
16:50 / 27-11-2025
Dronları məhv edəcək tutucular hazırlanır
16:41 / 27-11-2025
Ərdoğan Roma Papasını qəbul edib
15:59 / 27-11-2025
"Şəmkir"in yeni baş məşqçisi bəlli olub
15:42 / 27-11-2025
Əli Əsədov plastik cərrahlarla bağlı qərar verib
15:42 / 27-11-2025
40 min dollarlıq şərab şüşəsini oğurlayıblar - Foto
15:33 / 27-11-2025
Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb
15:23 / 27-11-2025
Mikayıl Cabbarov federasiya prezidenti seçilib
15:03 / 27-11-2025
Paşinyan seçkilərdə baş nazir postuna namizəd olacaq
14:36 / 27-11-2025
Xəzər TV verilişin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb
14:21 / 27-11-2025
Qlobal nüvə münaqişəsi riski yenidən artır
13:58 / 27-11-2025
Böyük Qayıdış davam etdirilir - (Yenilənib)
13:49 / 27-11-2025
Deputat Azər Badamov: "Girişimə qadağa tətbiq olunandan sonra..."
13:48 / 27-11-2025
Putin Bişkekdə qopuz çalıb - Video
13:34 / 27-11-2025
İngiltərədə 2000-dən çox uşaq itkin düşüb
13:11 / 27-11-2025
Atəşkəsdən sonra 347 fələstinli öldürülüb
13:05 / 27-11-2025
Azərbaycanla İordaniya arasında yeni sənədlər imzalanıb
13:04 / 27-11-2025
Fransada Rusiya casusları tutulub
12:49 / 27-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:35 / 27-11-2025
Prezident zavodun açılışında iştirak edib - Fotolar
12:16 / 27-11-2025
Bakıda küçədən iki nəfərin meyiti tapılıb
12:12 / 27-11-2025
Xəzər TV-də “İncə səhər” verilişi yarımçıq dayandırılıb
12:08 / 27-11-2025
Bakıda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın iclası keçirilir
11:15 / 27-11-2025
Nazir: Ukraynada Rusiyaya güzəşt Litvaya təhlükə yaradır
20:20 / 22-11-2025
Azərbaycan və Ermənistan arasında “Sülh Körpüsü” fəaliyyətə başlayır
13:40 / 23-11-2025
Azərbaycan və Ermənistan nümayəndələrinin Bakı görüşündə hansı razılaşmalar əldə edilib?
14:56 / 24-11-2025
Zəngilan rayonuna növbəti köç karvanı gedib - (Yenilənib)
00:38 / 25-11-2025
Azad Kəlbəcər - Bu gün Kəlbəcər Şəhəri Günüdür
00:39 / 24-11-2025
“Kəpənəyin dili ilə” oxucuların görüşünə gəlib
00:10 / 23-11-2025
Trampın Ukrayna ilə bağlı əlavə təklifi olacaq
20:13 / 22-11-2025
Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb - Fotolar
16:53 / 25-11-2025
Hərbi ekspert: Veneditkovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər
15:55 / 26-11-2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb - (Yenilənib)
09:58 / 23-11-2025
Rusiya üzərində Ukraynanın 75 PUA-sı vurulub
12:59 / 25-11-2025
ABŞ-da müğənnini avtomobildə güllələyiblər - Fotolar
08:26 / 25-11-2025
İlham Əliyev Kəlbəcərlə bağlı paylaşım edib - Video
Türk dünyasını birləşdirən güc: Azərbaycan
Tarix: 27-11-2025 19:34 | Bölmə: Xəbərlər

Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı
Azərbaycanın yüksələn xətt üzrə inkişaf tempi, yerləşdiyi region başda olmaqla bir sıra digər regionlarda aparıcı aktorlardan birinə çevrilməsi onu xüsusi tərəfdaşa çevirir. Böyük dövlətlərlə qurulan qarşılıqlı əməkdaşlıqlar, regionda əsas söz sahibi olması, bir çox strateji və iqtisadi layihələrin mərkəzində yerləşməsi Azərbaycanın da maraqlarının genişlənməsinə gətirib çıxarır. Artıq regional aktordan qlobal aktora keçid prosesi sürətlənir ki, bununla da müxtəlif regionlara, xüsusən də Mərkəzi Asiya, Yaxın Şərq kimi strateji və yüksək əhəmiyyətli ərazilərdə maraqların təmin edilməsi prosesi baş verir.
Azərbaycanın artan siyasi gücü onu türk dünyasının yeni lokomotivinə çevirməkdə davam edir. Son dönəmlər, əsas etibarı ilə son iki illik müddətdə Azərbaycan türk dünyasının mərkəzinə çevrilməkdədir. Türk dövlətlərini birləşdirən tədbirlərin keçirilməsi, bir sıra tədbir və görüşlərə məhz Azərbaycanın rəhbərlik etməsi, türk dövlətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi tez-tez dəvət etməsi və xüsusi ehtiramla, qonaqpərvərliklə qarşılaması onlar üçün Azərbaycanın xüsusi əhəmiyyətini bir daha vurğulayır.
Özbəkistanda baş tutan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşündə Azərbaycanın həmin formata tam hüquqlu üzv kimi qəbul olunması sadəcə, Azərbaycanın maraqlarına deyil, eyni zamanda Mərkəzi Asiya dövlətlərinin də maraqlarına xidmət etmiş oldu. TDT və digər əməkdaşlıq platformalarına daha biri əlavə olundu. Bu da öz növbəsində, həm beynəlxalq arenada Azərbaycanın gücünü və nüfuzunu daha da artırdı, həm də türk dövlətləri üçün yeni bir imkan formalaşdırdı.
Ümumiyyətlə, türk dövlətlərinin Azərbaycanla sıx əməkdaşlıq və əlaqələr qurmasında bir sıra vacib məqamlar var ki, bunlardan bir neçəsini vurğulamaq yerində düşər:
1. İlk növbədə Azərbaycanın yerləşdiyi regionun yüksək strateji və iqtisadi əhəmiyyətə malik olması bir çox dövlət üçün yeni imkanlar, yollar açır. Mərkəzi Asiya dövlətlərinin Avropaya çıxışı, neft-qaz və digər təbii sərvətlərini və məhsullarını Avropa bazarına çıxarması üçün etibarlı tərəfdaş və dövlət lazımdır. Bu yerdə Azərbaycanın potensialı ön plana çıxır.
2. Azərbaycanın bir sıra vacib layihə və dəhlizlərin üzərində yerləşməsi. Bu amillər birinci sıradakı proseslə sıx bağlı olub müxtəlif regionların maraqlarını təmin edir. Bu regionlardan biri də məhz Mərkəzi Asiya və orada yerləşən türk dövlətləridir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri başda olmaqla, yaxın gələcəkdə Zəngəzur dəhlizi də bu sıraya qoşulacaq ki, bu da həmin dövlətlərin iqtisadi potensialını, müxtəlif regionlara sərbəst çıxışını və ticarətini təmin edəcək. Eyni zamanda Azərbaycan üzərindən keçən müxtəlif təyinatlı və istiqamətli dəmir və nəqliyyat yolları, işğaldan azad olunmuş ərazilərdə inşa edilən hava limanları ticarət dövriyyəsini və istiqamətlərini artırmaqda davam edəcək.
3. Azərbaycanın Qarabağ münaqişəsini tarixi qələbə ilə həll etməsi və regionda sülhün bərqərar olmasında atdığı inamlı addımlar. Məlumdur ki, bir dövlət hər nə qədər yüksək potensiala və imkanlara malik olsa da, əgər o dövlət daxilində və ya yerləşdiyi regionda sabitlik və təhlükəsizlik yoxdursa, bu tərəfdaşlıq məsələlərində ciddi narahatlıqlar yaradır.
Sözsüz ki, uzun illər Qarabağ münaqişəsinin mövcud olması regionda bir çox böyük layihələrin baş tutmasına çətinlik yaratmışdır. Yolların və infrastrukturların təhdid altında olması həm can güvənliyinə, həm də maddi təhlükəsizliyə böyük xələl gətirir. Belə hallar bir neçə dəfə baş verib. Ən son hadisələrdən biri də 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə olub. Erməni Silahlı Qüvvələrinin neft-qaz boru kəmərlərini hədəf almaq istəməsi, infrastruktura vurmaq istədiyi zərər region və əməkdaşlıqlar üçün təhdid idi. Münaqişənin həll olunması bu problemin də aradan qalxmasına gətirib çıxardı ki, nəticə etibarı ilə Azərbaycan və digər dövlətlər üçün yeni tərəfdaşlıq imkanları formalaşdı.
4. Azərbaycan və Mərkəzi Asiyada yerləşən türk dövlətlərinin Sovet dövründən qarşılıqlı əməkdaşlıqlarının mövcud olması. Sovet dövründə mövcud olmuş əməkdaşlıqlar tərəflər arasında bir-birinə qarşı güvən və etibarlılıq aşılamışdır ki, bu da yeni əlaqələrin qurulmasında, təməllərin atılmasında mühüm rola malikdir. Həmin dövrdən mövcud olan əlaqələr tərəflər arasında ortaq dəyərlərin formalaşmasına, toplumların yaxınlaşmasına və yaxın bağların qurulmasına gətirib çıxarıb.
5. Azərbaycanın mövcud gərginlikləri danışıqlar yolu ilə həll etmə bacarığının güclü olması. Dövlətlər arasında hər nə qədər güclü bağlar və əməkdaşlıqlar olsa da, zaman-zaman anlaşmazlıqlar və gərginliklər baş verir ki, bu da həmin dövlətlərin verəcəyi reaksiyadan çox asılıdır. Bir sıra dövlətlər yaranan gərginlik fonunda illərin düşməni kimi çıxış etsə də, Azərbaycan bunun əksinə olaraq diplomatiya və danışıqları hər zaman üstün tutur.
İstər Qarabağ münaqişəsi olsun, istərsə də digər məsələlərdə Azərbaycan əsas olaraq dinc yolla və danışıqlar üsulu ilə mövcud problemləri həll etməyə cəhd göstərib. Bunun ən bariz nümunələrindən biri də Türkmənistanla mövcud olan neft yatağı problemi idi. Bu problem uzun illər iki tərəf arasında soyuqluğa səbəb olsa da, Azərbaycanın həyata keçirdiyi siyasət məsələnin dinc yolla həllinə töhfə verdi. Problemin həllindən sonra Türkmənistan və Azərbaycan arasında yüksələn əlaqələr, son dönəmlərdə baş tutan mehriban görüşlər diplomatiyanın daha bir uğurudur.
6. Azərbaycanın türk dövlətləri arasında körpü rolunu oynaması. Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, həm Mərkəzi Asiyadakı türk dövlətləri, həm də digər regionlarda yerləşən dövlətlər üçün bağlayıcı, birləşdirici rolunu oynayır. Sovet dövründə Türkiyənin Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqədə ola bilməməsi tərəflər arasında yaxın münasibətlərin, bağların qurulmasında maneə olaraq qalırdı. Azərbaycanın isə həm Türkiyə, həm də digər türk dövlətləri ilə möhkəm əlaqələrinin olması, həmin ölkələrin bir-biri ilə əlaqə qurmasına şərait yaradır. Beləliklə, türk dünyasının bir-biri ilə sıx əlaqədə olmasını, inteqrasiyanın sürətlənməsini təmin edir.
Yuxarıda qeyd edilən amillər başda olmaqla türk dövlətləri üçün Azərbaycanın əhəmiyyəti həddindən artıq çoxdur. Bütün bunlar tərəflər arasında gələcək perspektivlərin daha da artmasına və güclənməsinə gətirib çıxaracaqdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:34
Türk dünyasını birləşdirən güc: Azərbaycan
Bu gün, 18:26
Almaniyada müharibəyə hazırlaşmaq tövsiyə olunur
Bu gün, 15:42
Əli Əsədov plastik cərrahlarla bağlı qərar verib
Bu gün, 13:48
Putin Bişkekdə qopuz çalıb - Video
Bu gün, 13:04
Fransada Rusiya casusları tutulub
Bu gün, 12:16
Bakıda küçədən iki nəfərin meyiti tapılıb
Bu gün, 12:12
Xəzər TV-də “İncə səhər” verilişi yarımçıq dayandırılıb
Bu gün, 10:57
Astarada 43 yaşlı şəxs 62 kq narkotiklə saxlanılıb
Bu gün, 10:40
"TikTok"-da qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb
Bu gün, 08:28
Tramp: Bu, xalqımıza, insanlığa qarşı cinayətdir
Bu gün, 00:20
Ağ Ev yaxınlığında atışma olub, xəsarət alanlar var
Dünən, 19:04
Universitetə prorektor təyin olunub
Dünən, 17:24
Fəzail Ağamalı: "Mən bu haqda danışmaq istəmirəm”
Dünən, 16:28
İstefaya göndərilən baş məşqçi haqqını tələb edəcək
Dünən, 14:40
ATV kanalına xəbərdarlıq edilib
Dünən, 14:35
General məhkəməyə gələcək
Dünən, 12:17
Daqqadakı güclü yanğın 1500 evi külə çevirib
Dünən, 10:31
İctimai fəal, vətənpərvər ziyalı, mehriban baba
Dünən, 09:05
Brüssel Romanı inandırmağı bacarıb
25-11-2025, 23:45
ÇL: "Qalatasaray" doğma meydanında uduzub
25-11-2025, 21:18
AFFA-da dəyişikliklər olub
25-11-2025, 19:54
Ali Məhkəmənin hakiminin fəaliyyətinə xitam verilib
25-11-2025, 17:49
Belarus hərbi mütəxəssisləri Bakıya gəlib
25-11-2025, 17:26
Sabah Kəlbəcərə növbəti köç olacaq
25-11-2025, 13:38
Üç ölkə Ukraynaya qoşun göndərəcək
25-11-2025, 12:48
Zabitlərin hərbi xidmət müddəti azaldılır
25-11-2025, 12:42
Odessa bölgəsinə hücum davam edir
25-11-2025, 00:30
Rus millətçisi Ukrayna ilə bağlı təklif verib
24-11-2025, 23:55
Ukraynanın etirazı qəbul olunub
24-11-2025, 22:44
Tovuzda toyda dava: bıçaqlanan var
24-11-2025, 21:12
Samir Abasov istefaya göndərilib - Yenilənib
24-11-2025, 17:07
Türkmənistan prezidenti Qazaxıstana dövlət səfərinə gəlib
24-11-2025, 12:01
Ruslar Çerniqov və Xarkova zərbə endirib
24-11-2025, 11:11
Yeni ildə bir həftə ardıcıl iş olmayacaq
24-11-2025, 10:36
Dodikin müttəfiqi prezident seçkilərində qalib gəlib
24-11-2025, 10:22
Bu gün Putinlə Ərdoğan telefonla danışacaqlar
23-11-2025, 18:00
Klinika direktoru saxlanılıb
23-11-2025, 13:03
Sabah 21 dərəcə isti olacaq - Proqnoz
23-11-2025, 09:58
Rusiya üzərində Ukraynanın 75 PUA-sı vurulub
23-11-2025, 09:46
Mingəçevirdə 14 yaşlı uşaq yeniyetməni öldürüb
23-11-2025, 09:33
Premyer Liqa: bu gün XII tur başa çatır
22-11-2025, 20:02
Keçmiş partiya sədri dünyasını dəyişib
22-11-2025, 10:56
Şair Arif Buzovnalı vəfat edib
22-11-2025, 09:57
Axtarışda olan 228 nəfər saxlanılıb
22-11-2025, 09:37
Azərbaycana psixotrop maddələr gətirmək istəyiblər
22-11-2025, 00:09
Bakı Milli Geyim Evinin rəhbəri yanğında ölüb
21-11-2025, 12:26
Vilayət Eyvazov Gürcüstanda səfərdədir
21-11-2025, 11:38
Ruslar Zaporojye və Odessaya zərbələr endirir
21-11-2025, 00:14
Mənfi sıfır - Hikmət Sabiroğlu yazır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək