16:58 / 02-12-2025
"ChatGPT" daha təkmil olacaq
"ChatGPT"-də qlobal problem yaranıb
Tarix: 03-12-2025 09:11 | Bölmə: Xəbərlər


"ChatGPT" və "OpenAI" xidmətlərində qlobal nasazlıq baş verib. Hazırda müxtəlif ölkələrdən olan istifadəçilər sayta və tətbiqə girişdə çətinlik çəkir, bəziləri isə hesablarına daxil ola bilmirlər.

Reyting.az xəbər verir ki, bu barədə "OpenAI" xəbərdarlıq edib.

Məlumata görə, xidmətin status səhifəsində qeyd olunub ki, istifadəçilər artan xəta ilə qarşılaşırlar.

Bildirilir ki, problemin aradan qaldırılması üçün operativ iş gedir.

Şirkətin 2025-ci il sentyabr məlumatına əsasən, həftəlik "ChatGPT" istifadəçilərinin sayı 700 milyon nəfərə çatır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
1-12-2025, 18:03 AXCP ləğv oluna bilər

{sape_links}