16:58 / 02-12-2025
"ChatGPT" daha təkmil olacaq
Qızını xilas etmək istəyən ata kanalda boğulub
Tarix: 03-12-2025 09:29 | Bölmə: Cəmiyyət


Bərdə rayonunda özünü kanala atan psixi problemli qızını xilas etmək istəyən ata boğularaq ölüb.

Məlumata görə, hadisə rayonun Nazırlı kəndində baş verib.

Bildirilib ki, uzun illərdir psixi problemləri olan kənd sakini, 1981-ci il təvəllüdlü Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən kanala atıb. Bunu görən atası, 1957-ci il təvəllüdlü Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da, özü suda boğularaq ölüb. S.Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən xilas edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Y.Kərimov uzun müddət Nazırlı kənd orta məktəbində ibtidai sinif müəllimi kimi işləyib(report).





Bölməyə aid digər xəbərlər
{sape_links}