Hərbi ekspertin qardaşının ailə üzvləri qəzada ölüblər
Tarix: 15-12-2025 00:21 | Bölmə: Xəbərlər

Hərbi ekspertin qardaşının ailə üzvləri qəzada ölüblər

Qusarın Yuxarı Ləyər kəndində baş vermiş yol qəzasında ölənlər Birinci Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanovun qardaşı İlham Ramaldanovun ailə üzvləridir.

Reyting.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib.

Onun sözlərinə görə, qəza zamanı İlham Ramaldanovun qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı C.Bağırova ölüblər.

Hadisə zamanı ailənin daha 4 üzvü müxtəlif xəsarətlər alıblar.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub